Scroll Top

AZTU İLƏ GÖRÜŞ

görüş atu
Region gənclərinin karyera quruculuğuna dəstək və ixtisasyönümlü fəaliyyətlərin təşkili üçün universitetlərin Karyera Mərkəzləri ilə görüşlərimiz davam edir.

Bu dəfə Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə Azərbaycan Texniki Universitetinin Karyera Mərkəzi arasında görüş baş tutub.

Gənclərin karyera quruculuğu istiqamətində tezliklə start götürəcək fəaliyyət və birgə layihələr barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüşlər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə həyata keçirilir.