Açılış nitqi ilə çıxış edən GİKM-in nümayəndəsi Mətanət Xəlilova, ATGTİ-nin nümayəndəsi Bəxtiyar Quluzadə, AZTU-nun Karyera və Məşğulluq Mərkəzinin direktoru Ülviyyə Rəsulova və universitetin TGT sədri Ruslan Qənbərov gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.
Azərbaycan Texniki Universitetində gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə keçirilən panel müzakirələrdə moderator qismində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının əməkdaşı Fidan Həsənova, panelistlər qismində isə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov, ADNSU-nun rektorunun universitet-sənaye əməkdaşlığı və məzunlarla iş üzrə müşaviri, “Destec Group” İdarə Heyətinin sədri Sakit Səmədov, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının sədr müavini Rauf Cabbarov, “Code Academy” şirkətinin direktoru Ülvi Aslanov, “Interneuron” şirkətinin həmtəsisçisi, süni intellekt mütəxəssisi Nicat Zeynalov iştirak edib.