“CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirələr keçirilib. Moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı Ləman Harunova, panelistlər qismində “Paşa Həyat Sığorta ASC”nin Baş mühasibi, mühasibatlıq şöbəsinin müdiri Toğrul İslam, “ABB” ASC-nin MHBS Hesabatlıq şöbəsinin müdiri Fitat Məmmədova, “Kapital Bank” ASC-nin Aktiv və Passivlərin İdarəedilməsi şöbəsinin müdiri Şamxal İmanov, “KPMG Azərbaycan”nın Audit partnyoru Nəsibə Muradxanova, və “Unibank” ASC-nin Hesabatlıq və Maliyyə Təhlili şöbəsinin müdiri Lalə Muradovanın iştirak etdiyi panel müzakirəsində “Gənclərin universitet illəri üçün maliyyə karyerası”, “Müasir dünyada maliyyəçi”, “Universitetdən sonra maliyyəçinin ilk 5 ildəki hədəfləri”, “Bazardakı iş imkanları və reallıqlar”, “Gənc idarəçilər üçün maliyyə” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gənclərin sualları cavablandırılıb.