GələcəyİmİZ
Təcrübəçi və üzv gənclərə bədən dili, keyfiyyətli ünsiyyət, liderlik və s. istiqamətlərdə təlimlər keçirilir, onlayn materiallar, video təlimlər və “PDF” formatda şəxsi inkişaf kitabları göndərilir, gündəmdə olan texnoloji yeniliklər onlarla paylaşılır. Gənclər bu məlumatları birgə müzakirə edir, fikir mübadiləsi aparırlar. Həmçinin nümayəndəliklərimiz resurs mərkəzləri kimi də fəaliyyət göstərir. Gənclər burada abituriyent və digər hazırlıqlarına çalışa bilir, həmçinin onların istəyi ilə həftədə 1 gün mərkəzə ixtisas müəllimi dəvət edilir və çətinlik çəkdikləri mövzular müzakirə edilir.