İxtİsas bələdçİsİ
Region gəncləri üçün “İxtisas bələdçisi” adlı məlumatlandırıcı sessiyalar keçirilir. Sessiyalar zamanı “Düzgün ixtisas seçimi və onun əsas meyarları”, “Kodlaşdırma qaydaları, seçim mərhələsinə psixoloji hazırlıq”, “İxtisas qruplarına daxil olan əsas ixtisaslar”, “Perspektivlər və gələcəyin ixtisasları”, “İstedad və bacarıq yönümlü peşə seçimi” və s. haqqında məlumat verilib.Gənclərlə gələcəyin ixtisasları, onların yiyələnmək istədikləri peşələr haqqında fikir mübadiləsi aparılır. Sonda isə onların sualları cavablandırılır.
Layihə Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının təşkilatçılığı, Təhsil Tələbə Krediti Fondu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə həyata keçirilir.