Scroll Top

Öz layİhənİ yaz

Öz layİhənİ yaz

Layihə çərçivəsində keçirilən təlimlərdə gənclərə ilkin olaraq layihə təklifinin hazırlanması, layihənin icrası müddətində planlaşdırma və büdcənin müəyyən edilməsi ilə bağlı məlumat verilir. İştirakçılarla layihə ideyasının seçilməsi, layihə tədbirlərinin təşkili və s. mövzularda nəzəri və praktiki komanda işləri təşkil olunur. Gənclər təlim zamanı praktiki təcrübə qazanmaq üçün öz ideyaları üzərində işləyərək layihələrin yazılma prosesini daha detallı mənimsəmiş olur. Həmçinin Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqələrinə müraciət qaydaları və qəbul olunan layihələrin idarə olunması istiqamətində mərkəzdə gənclər üçün nəzəri və praktiki təlimlər keçirilir. Fəaliyyətə müxtəlif qrant layihələrin qalibləri olan şəxslər qonaq qismində dəvət edilir və onlar öz təcrübələrini gənclərlə bölüşür.