Scroll Top

Quşlar evsİz qalmasın

Könüllü sayı: 402 nəfər

Layihənin həyata keçirildiyi nümayəndəliklər: 21

“Quşlar evsiz qalmasın” layihəsinin əsas məqsədi təbiətə, heyvanlara qayğını, sosial məsuliyyəti gənclər və cəmiyyətin bütün nümayəndələri arasında aşılamaqdır. Layihə çərçivəsində gənclər dülgər emalatxanalarında ustanın köməyi ilə taxtadan quş yuvaları hazırlayır, sadə texniki metodları öyrənərək, sonradan digər gənclərə də izah edirlər. Yuvalar gənclər tərəfindən rənglənir və şəhərin müxtəlif yerlərində (parklar, bağlar) ağaclardan asılır.