Şəmkir DAİM-in Aqrar İnkişaf Könüllüləri hər sahədə olduğu kimi aqrar sahədə də könüllü dəstəyi nümayiş etdiriblər. Könüllülər Şəmkir rayon ərazisində fəaliyyət göstərən kümçülərə barama yığımında dəstək olublar.
Göstərilən xidmət gənclərin arqrar sahənin inkişafına ictimai dəstəyi nümayiş etdirmək, bu sahədə praktiki bacarıqlarını artırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyır.
Qeyd edək ki, artıq bir necə ildir ki, Şəmkir rayonunda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Qısa vaxt ərzində çəkdikləri zəhmətin bəhrəsini görən rayon sakinləri bu sahəyə maraq göstərir, baramaçılığın sirlərini öyrənir, daha çox qazanc əldə etməyə çalışırlar. Sahə ilə bağlı dövlətin dəstəyini hər an hiss edən kümçülər barama istehsalını artırır, ailələrinin dolanışığını təmin edirlər.