Scroll Top

“Təmİz Göygöl” Gənclərİn Forumu və eko-aksİyası

Göygöl (1)
Göygöl rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz Göygöl” Gənclərin Forumu və eko-aksiyası həyata keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Göygöl bölməsi və “Göygöl Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının tərəfdaşlığı ilə baş tutan Forum rəsmilərin çıxışı ilə başlayıb.

Daha sonra Forum çərçivəsində panel müzakirələr keçirilib. AGMA-nın Gəncə-Daşkəsən regional filialının sədri Səltənət Qurbanova moderator kimi çıxış edib və panelistlərə söz verilib. Çıxışların sonunda gənclərin sualları cavablandırılıb.

Forumdan sonra gənclərin iştirakı ilə ağacəkmə aksiyası həyata keçirilib. Göygöl şəhəri ərazisində 100-dən çox eldar şamı əkilib.