Scroll Top

“Youth start” şəxsİ İnkİşaf proqramının II modulu

youth start modul 2 təlim 2
Bakı və region gəncləri üçün keçirilən “Youth start” şəxsi inkişaf proqramının II modulu yekunlaşıb.

Təlimçi Nərmin Əhmədova “İşgüzar etiket qaydaları” haqqında təlim keçib. Təlim zamanı mövzu ətrafında müzakirələr aparılıb, maraqlı qrup işləri edilib.

Hibrid formada təşkil olunan təlimdə həm paytaxt, həm də region gəncləri iştirak edib.

Qeyd edək ki, proqram Gənclərin İnkişaf və Karyera Mərkəzinin və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir və 3 moduldan ibarətdir.