GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin #Qəbələ bölməsinin tərəfdaşlığı ilə “Home Office” – region gənclərinin virtual məşğulluğuna dəstək layihəsi baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi işsiz region gənclərinin rəqəmsal bacarıqlarını inkişaf etdirmək və onların bu sahədə virtual məşğulluğunu təmin etməkdir.
Görüşdə rəsmilərin çıxışından sonra gənclərə “Virtual məşğulluğun əsas istiqamətləri” mövzusunda ətraflı məlumat verilib, virtual məşğulluğun klassik formadan bir çox üstünlüyü gənclərin diqqətinə çatdırılıb, suallar cavablandırılıb.