Scroll Top

2 FEVRAL – AZƏRBAYCAN GƏNCLƏRİ GÜNÜ İLƏ BAĞLI REGİON FƏALİYYƏTLƏRİ

gənclər günü (2)

Region gəncləri Azərbaycan Gəncləri Gününü qeyd edib.

Ulu Öndər Heydər Əliyev tərəfindən təsis edilən Azərbaycan Gəncləri Günündə ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan gənclər bir araya gələrək, həm əyləncəli, həm də maarifləndirici fəaliyyətlərdə iştirak ediblər.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsinin təşkilatçılığı ilə keçirilən bu fəaliyyətlər gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, bilik və bacarıqlarını artırmaları, həmçinin sosial fəallıqlarını artırmaları üçün geniş imkanlar yaradıb.