Scroll Top

“BİLİK ARENASI” – I TUR

Bilik arenası - I tur (3)

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual turnirin I turu geridə qaldı! “Bilik arenası” çərçivəsində keçirilən turnirdə Lənkəran, Quba, Göyçay, Hacıqabul, Qazax və İsmayıllını təmsil edən 49 komanda daxilində 294 gənc iştirak edib. Qeyd edək ki, turnir Gənclərin İnkişaf və Karyera Mərkəzi və “3sual.az” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilir.