bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin gənclərlə görüşü keçirilib.
“Peşəkarla dialoq” layihəsi çərçivəsində baş tutan görüşdə “Biznes mühitində karyera və fərdi inkişaf” mövzusu üzrə çıxış edən Bəxtiyar Aslanbəyli, görüşdə iştirak edən gənclərlə biznes sektorunda karyera imkanları, fərdi inkişaf yolları və peşəkar bacarıqların əhəmiyyəti ilə bağlı dəyərli məlumatlar bölüşüb.
Görüşdə interaktiv sual-cavab sessiyası keçirilib, gənclər bp rəsmisinə onları maraqlandıran mövzularda suallar ünvanlayıb və ətraflı cavablar alıblar.

