Scroll Top

“GƏNC KÖNÜLLÜLƏRİN ŞƏBƏKƏLƏŞMƏ GÖRÜŞÜ” KEÇİRİLİB

Ekran görüntüsü (244)

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində “Gənc Könüllülərin Şəbəkələşmə Görüşü” keçirilib. Lənkəran-Astara, Şirvan-Salyan iqtisadi rayonları üzrə fəaliyyət göstərən Gənc könüllülər və GİKM – in regional nümayəndəlikləri bir araya gəlib. Görüşdə könüllülərin regionlardakı uzunmüddətli fəaliyyətini əks etdirən qısa videoçarx nümayiş olunub, “Konstitusiya və Suverenlik İli” ilə bağlı regionlarda gənclərin maarifləndirilməsi və mövcud vəziyyətin analizinə dair qrup işi icra edilib.

Daha sonra könüllülərin və regional nümayəndələrin asudə vaxtının səmərəli təşkili və effektivliyi artırmaq məqsədilə Xanbulan gölü ətrafına ekskursiya təşkil olunub.