Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Azərbaycana səfər edib. Heyət ilk olaraq, Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsini ziyarət ediblər. Səfər proqramına uyğun olaraq Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş keçirilib.

