“HR-a addımla” peşəkar inkişaf vörkşopu uğurla baş tutub.
İştirakçılar HR sahəsinin əsas funksiyaları ilə tanış olub, CV və müsahibə proseslərini öyrənib, işə qəbul və işçi münasibətləri barədə faydalı biliklər qazanıblar. Eyni zamanda, iştirakçılar keçirilən qrup işlərində, real iş dünyasından praktiki nümunələrlə təcrübə əldə ediblər.
Qeyd edək ki, təlim Azərbaycan HR İnstitutunun təlimçisi Sevinc Nağıyeva tərəfindən keçirilib.

