Scroll Top

26 İYUN-AZƏRBAYCAN RESPUBLİKASININ SİLAHLI QÜVVƏLƏRİ GÜNÜ

513257230_1039973854984116_5021466688140672886_n

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Gənclər İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində müxtəlif yönümlü tədbirlər, layihələr və sosial aksiyalar həyata keçirilib. Bu fəaliyyətlər Azərbaycanın milli ordusuna olan dəstəyi ifadə etməklə yanaşı, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edib.

Təşkil olunan tədbirlər sırasında şəhid ailələrinin və qazilərin ziyarəti, vətənpərvərlik mövzusunda seminarlar və dəyirmi masalar, gənclərlə görüşlər və film nümayişləri yer alıb.

Bu təşəbbüslər gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını artırmaq, ordumuzun əzmini və qəhrəmanlığını təbliğ etmək məqsədi daşıyıb.