GİKM-in regional nümayəndəlik və bölmələrində Qərbi Azərbaycanın tarixi və mədəni irsinə həsr olunmuş maarifləndirici görüş və seminarlar keçirilir.
Tədbirlərin məqsədi gəncləri qədim yurd yerlərimiz, zəngin mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz haqqında məlumatlandırmaq, bu irsin qorunub gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulamaqdır.

