“Rəqəmsal Gənclik” proqramı çərçivəsində “Data Science: Haradan başlamalı və necə inkişaf etməli?” mövzusunda təlim keçirilib.
Təlimdə iştirakçılar data elminin əsas anlayışları ilə tanış olub, bu sahədə praktik bacarıqların inkişafı və mövcud karyera imkanları barədə faydalı məlumatlar əldə ediblər. Təlim “Div Academy”nin “Data Science” üzrə müəllimi və “HAL-X” şirkətinin süni intellekt mühəndisi Hüseyn Məmmədov tərəfindən keçirilib.

