Səyyar Gənclər Xidməti fəaliyyətini Daşkəsəndə davam etdirir!
Açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev bildiriblər ki, bu layihə gənclərin inkişafına, onların dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə, həmçinin region gənclərinin məşğulluq, innovasiya və digər sahələrdəki imkanlardan daha geniş yararlanmasına xidmət edir.
#Daşkəsən gənclərinin iştirak etdiyi fəaliyyətlər onların şəxsi inkişafına, komanda ruhunun formalaşmasına təkan verib.