Scroll Top

SƏYYAR GƏNCLƏR XİDMƏTİ QAXDA

image00259

Səyyar Gənclər Xidməti fəaliyyətini #Qax rayonunda uğurla davam etdirir.

Layihənin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rəsmi hissədə Qax Rayon İcra Hakimiyyəti
başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev çıxış edərək layihənin region gəncləri üçün əhəmiyyətini vurğulayıb, bu təşəbbüsün onların sosial bacarıqlarının üzə çıxarılması və dövlət dəstəyi mexanizmlərinin onlar üçün əlçatanlığının təmin olunmasında oynadığı mühüm roldan danışıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində həyata keçirilən bu layihə ölkə gəncləri arasında dövlət suverenliyi və müstəqillik kimi fundamental anlayışların daha dərindən mənimsənilməsinə, tarixi Zəfərimizin mahiyyətinin yeni nəslə aşılanmasına, həmçinin mövcud gənclər siyasətinə uyğun olaraq regionlarda gənclər üçün mövcud imkanlara əlverişli zəmin yaradılmasına xidmət edir.

29.09.2025