Scroll Top

“İNSAN RESURSLARININ SİRLƏRİ: HR MÜTƏXƏSSİSLƏRİ NƏYƏ DİQQƏT EDİR?” TƏLİMİ

IMG_3482

#Gənclərüçün “İnsan resurslarının sirləri: HR mütəxəssisləri nəyə diqqət edir?” adlı təlim baş tutub.

Gənclərin Karyera və İnkişaf Platformasının növbəti təlimi gənclərin peşəkar inkişafına və işə qəbul proseslərində daha uğurlu olmasına dəstək məqsədi daşıyıb. “İnsan resurslarının sirləri: HR mütəxəssisləri nəyə diqqət edir?” adlı təlim zamanı iştirakçılar müasir əmək bazarının tələbləri, HR mütəxəssislərin işə qəbul zamanı əsas götürdüyü meyarlar və CV-nin düzgün hazırlanması kimi vacib mövzularla tanış olublar.

Təlimdə həmçinin gənclərə müsahibə zamanı diqqət çəkən davranış modelləri, özünü təqdimetmə bacarıqları və iş mühitində fərqlənməyin yolları barədə praktiki nümunələr əsasında faydalı məlumatlar verilib.

Təlim Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun İnsan Resursları Departamentinin direktor müavini Gülmirə Salmanova tərəfindən keçirilib. O, gənclərlə öz təcrübəsini bölüşərək HR sahəsində formalaşan yeni yanaşmalar, əmək bazarında rəqabət üstünlüyü yaradan bacarıqlar və işəgötürənlərin əsas gözləntiləri barədə danışıb.

İştirakçılar təlim boyunca interaktiv müzakirələrdə iştirak edib, suallarını ünvanlayaraq insan resursları sahəsində dərin biliklər qazanıblar. Tədbir gənclərin gələcək karyera planlarında daha məqsədyönlü addımlar atmalarına ilham verib.

Gənclərin Karyera və İnkişaf Platforması bundan sonra da gənclərin bilik və bacarıqlarının artırılmasına yönəlik maarifləndirici tədbirlərini davam etdirəcək.

10.10.2025