Scroll Top

AZƏRBAYCAN PEDAQOJİ UNİVERSİTETİNDƏ MƏLUMAT SESSİYASI KEÇİRİLİB

598141220_1176836277964539_3872845252911718347_n (1)

Azərbaycan Pedaqoji Universitetində “Məlumat sessiyası: Gənclər üçün şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda tədbir təşkil olunub.

Tədbir çərçivəsində iştirakçılara ilk olaraq Azərbaycan Respublikasının Gənclər Fondu barədə ətraflı məlumat verilib. Daha sonra Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) məqsədi, əsas fəaliyyət istiqamətləri, eləcə də həyata keçirilən proqram və layihələr gənclərə təqdim edilib.

Sessiya zamanı GİKM tərəfindən hazırlanmış “Şəxsi inkişaf kitabçası” haqqında ətraflı məlumat verilib, kitabçanın gənclərin şəxsi və peşəkar inkişafında rolu vurğulanıb.

Tədbirin əsas məqsədi gənclərin mövcud inkişaf və karyera imkanları barədə məlumatlılığının artırılması və onların gələcək planlamalarına dəstək göstərmək olub.