Scroll Top

“ŞƏXSİ İNKİŞAFDA İNNOVASİYA VƏ RƏQƏMSALLAŞMANIN ROLU” FORUMU

625052800_18100251325870034_6728708894972962515_n
Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Şəxsi İnkişafda İnnovasiya və Rəqəmsallaşmanın Rolu” forumu uğurla yekunlaşıb.
Açılış mərasimində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Texnoparklar ilə iş şöbəsinin müdiri Elvin Hacıyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək forumun əhəmiyyətindən bəhs ediblər.
Panel müzakirəsində Azərbaycan Respublikasının Gənclər Fondunun Proqram və layihələrin idarə olunması şöbəsinin müdiri Pərviz Mirələmli, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Hamlet Məmmədov, “LTC Lab”ın həmtəsisçisi Əli Xəyyam və “SABAH.fund” vençur kapital fondunun investoru Məsud Alısoy spiker qismində çıxış ediblər.
Müzakirə zamanı rəqəmsallaşma və innovasiyanın şəxsi inkişafa təsirindən danışılıb, gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilib.