“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda tədbir keçirililib.
Tədbirin açılışında GİKM-in Layihələrin və Proqramların İdarəedilməsi şöbəsinin müdiri Jalə Həsənova, AKTA-nın baş katibi Fidan Əhmədova və DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin Məlumat idarəçiliyi və süni intellekt departamentinin müdir müavini Aysel Hüseynova çıxış edərək rəqəmsal texnologiyalar sahəsində qadınların rolu və karyera imkanlarından bəhs ediblər.
Panel müzakirəsində Prezident mükafatçısı və “Metatesk” şirkətinin təsisçisi Günay İmanzadə, “IDschool”un rəhbəri və “DigiSmart” məhsul sahibi Günel Xosrovlu, “MegaSec” MMC-nin icraçı direktoru və “SheRise-Qadınlara dəstək” sosial layihəsinin rəhbəri Ayan Etibar, həmçinin “İKTEX” məhsul sahibi və IDTech Academydə İT biznes analitik Zalxa Quluzadə spiker qismində çıxış edərək öz təcrübələrini iştirakçılarla bölüşüblər. Müzakirədə xanımlar üçün İT sahəsində mövcud perspektivlər, rəqəmsal bacarıqların inkişafı və qadınların innovasiya sahəsində fəal iştirakı müzakirə olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb, fikir və təklifləri dinlənilib.
06.03.2026







