Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə gənclər üçün “Maliyyə Savadlılığı” seminarı keçirilib.
Seminarın keçirilməsində əsas məqsəd gənclərin maliyyə savadlılığı ilə bağlı biliklərinin artırılması, şəxsi maliyyənin düzgün idarə olunması və gündəlik həyatda maliyyə qərarlarının daha effektiv şəkildə verilməsi istiqamətində onların məlumatlandırılması olub.
Təlimçi Aygün Ömərlinin təqdimatında keçirilən seminar zamanı iştirakçılara şəxsi maliyyənin idarə olunması, gəlir və xərclərin düzgün planlaşdırılması, büdcənin hazırlanması və maliyyə qərarlarının qəbul edilməsi ilə bağlı faydalı məlumatlar təqdim olunub.
Təlim çərçivəsində gənclərin öz maliyyə resurslarına daha planlı yanaşmasının, büdcələrini düzgün formalaşdırmasının və maliyyə qərarları qəbul edərkən daha effektiv seçimlər etməsinin əhəmiyyəti vurğulanıb.
Seminar zamanı iştirakçılar mövzu ilə bağlı biliklərini artırmaq, maliyyənin düzgün idarə olunması ilə bağlı yeni məlumatlar əldə etmək və gündəlik maliyyə qərarlarına daha sistemli yanaşmaq imkanı qazanıblar.
Gənclərin şəxsi inkişafına və müxtəlif sahələr üzrə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu cür maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.





