Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı #Yardımlı olub.
Layihənin açılış mərasimində rəsmi çıxışlar zamanı gənclərin hərtərəfli inkişafının dəstəklənməsi, regionlarda onların bilik və bacarıqlarının artırılmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti, eləcə də “Səyyar Gənclər Xidməti” layihəsinin bu istiqamətdə yaratdığı imkanlar vurğulanıb.
Layihə çərçivəsində Yardımlı gəncləri maariflənib, yeni bilik və bacarıqlar əldə edib, müxtəlif interaktiv fəaliyyətlərdə fəal iştirak ediblər.






