Təlimlər Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkil etdiyi “Yay təcrübə proqramı” çərçivəsində iştirakçıların bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların karyera quruculuğu və müasir iş mühitinin tələblərinə uyğun bacarıqlar əldə etməsinə dəstək göstərilməsi məqsədilə təşkil olunub.
Təlimlər zamanı gənclər karyera quruculuğu, rəqəmsal vərdişlərin idarə edilməsi, marketinq və süni intellektin imkanları kimi aktual mövzular üzrə məlumatlandırılıblar. İştirakçılara karyera inkişafı baxımından faydalı biliklər təqdim olunub, rəqəmsal bacarıqların düzgün idarə edilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
Proqram çərçivəsində marketinq sahəsində əsas yanaşmalar, müasir rəqəmsal imkanlardan istifadə və süni intellektin müxtəlif istiqamətlərdə yaratdığı imkanlar barədə də məlumat verilib. Bu mövzular gənclərin müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlarının formalaşdırılmasına töhfə verib.
Keçirilən təlimlər iştirakçıların yeni biliklər əldə etməsi, mövcud bacarıqlarını inkişaf etdirməsi və gələcək karyera fəaliyyətlərində istifadə edə biləcəkləri müasir yanaşmalarla tanış olması baxımından əhəmiyyət daşıyıb.
“Yay təcrübə proqramı” çərçivəsində gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş təlim və fəaliyyətlərin keçirilməsi davam edir.






