Scroll Top

GƏNCLƏR ÜÇÜN “EFFEKTİV İŞ AXTARIŞI” TƏLİMİ KEÇİRİLİB.

IMG_9067

İş axtarışında doğru strategiyanı qurmaq və vakansiyalara daha hazırlıqlı müraciət etmək üçün gənclərlə faydalı təlim keçirilib.

Gənclərin Karyera İnkişaf Platforması çərçivəsində “Effektiv iş axtarışı” mövzusunda keçirilən təlimdə gənclərlə iş axtarışı zamanı diqqət edilməli məqamlar, vakansiyaların düzgün araşdırılması, iş platformalarından səmərəli istifadə kimi mövzular müzakirə olunub.

İştirakçılar, həmçinin effektiv iş axtarışı strategiyaları ilə bağlı praktiki tövsiyələr əldə ediblər.

Təlimi Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının karyera məsləhətçisi Qələmnaz Quliyeva tərəfindən keçirilib.