“YouthStart” şəxsi inkişaf proqramı çərçivəsində növbəti təlim keçirilib.
“Özünüqiymətləndirmə və inkişaf potensialının kəşfi” mövzusunda keçirilən təlimdə iştirakçılar öz güclü və inkişaf etdirilməli tərəflərini, bacarıq və maraqlarını daha yaxından tanımaq, eləcə də şəxsi inkişaf ehtiyaclarını müəyyənləşdirmək barədə faydalı biliklər əldə ediblər.
Təlim SOCAR-ın İnsan Resursları, Öyrənmə və İnkişaf üzrə eksperti Aytən Quliyeva tərəfindən keçirilib.

