Scroll Top

“YAY TƏCRÜBƏ PROQRAMI” YEKUNLAŞIB

IMG_2534

Bakı və regionlarda keçirilən “Yay təcrübə proqramı” uğurla yekunlaşıb

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən artıq 5-ci dəfə reallaşan “İnkişaf və Təcrübə Akademiyası” çərçivəsində keçirilən “Yay təcrübə proqramı”nın hibrid formatda bağlanış tədbiri baş tutub.

21 şəhər və rayondan 150-dən çox şəxsin iştirak etdiyi tədbirdə gənclərin karyera inkişafında praktiki təcrübə və biliklərin əhəmiyyəti vurğulanıb, proqramın iştirakçılara öyrəndiklərini tətbiq etməyə imkan yaratması qeyd olunub.

İyul-avqust aylarını əhatə edən proqram çərçivəsində iştirakçılar layihələrin idarə olunması, sosial media marketinqi və gənclərlə iş sahələri üzrə real iş mühitində təcrübə keçiblər. Gənclər seçdikləri sahə ilə yanaşı, peşəkar bacarıqlarını inkişaf etdirib, karyera dəstəyi alıb və şəbəkələşmə imkanı əldə ediblər. Eyni zamanda, iştirakçılar şəxsi inkişaf və karyera quruculuğu istiqamətində müxtəlif təlim sessiyalarına cəlb olunublar. “Yay təcrübə proqramı”nı uğurla tamamlayan gənclərə sonda sertifikatlar təqdim olunub.

Qeyd edək ki, yaxın günlərdə “İnkişaf və Təcrübə Akademiyası”nın 6-cı dəfə elan olunması nəzərdə tutulub.