Gənclərin bilik və bacarıqlarının artırılması, onların şəxsi və peşəkar inkişafına dəstək göstərilməsi məqsədilə həyata keçirilən proqram çərçivəsində iştirakçılar müxtəlif istiqamətlər üzrə faydalı təlimlərə cəlb olunurlar.
20 şəhər və rayonda davam edən akademiya gənclərə həm nəzəri biliklər qazanmaq, həm də praktiki təcrübə əldə etmək imkanı yaradır. Təlimlər zamanı iştirakçılar liderlik, komanda işi, ünsiyyət bacarıqları, karyera planlaması, şəxsi inkişaf və digər aktual mövzular üzrə yeni biliklər əldə edir, peşəkar mütəxəssislərlə bir araya gələrək öz təcrübələrini inkişaf etdirirlər.
Layihənin əsas məqsədi gənclərin potensialını üzə çıxarmaq, onların gələcək karyera və inkişaf yollarında daha inamlı addımlar atmasına dəstək olmaqdır. Akademiya çərçivəsində keçirilən sessiyalar iştirakçıların motivasiyasının artırılmasına, sosial aktivliyinin gücləndirilməsinə və yeni imkanlarla tanış olmasına da mühüm töhfə verir.
Regionlarda yaşayan gənclərin inkişaf imkanlarına çıxışının genişləndirilməsi baxımından proqram xüsusi əhəmiyyət daşıyır. Müxtəlif şəhər və rayonlardan olan iştirakçılar burada həm yeni biliklər qazanır, həm də yeni dostluq və əməkdaşlıq əlaqələri formalaşdırırlar.
Gənclərimizin uğurlarına inanır, onların gələcək fəaliyyətlərində daim yeni nailiyyətlər əldə etmələrini arzulayırıq!






