Scroll Top

“Beynəlxalq təmsİlçİlİk: Yenİ çağırışlar” adlı görüş

cover
“Gənclər Həftəsi” çərçivəsində Azərbaycan gənclərinin beynəlxalq təmsilçiliyini artırmaq, onları bu barədə məlumatlandırmaq məqsədilə “Beynəlxalq təmsilçilik: Yeni çağırışlar” adlı görüş keçirilib.

Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, digər dövlət qurumlarının məsul şəxsləri, gənclər təşkilatlarının rəhbərləri və DİM üzrə gənc səfirlər iştirak ediblər.

Tədbirdə beynəlxalq təmsilçilikdə yeni imkanlar və çağırışlar mövzusunda müzakirə aparılıb, təcrübələr bölüşülüb, həmçinin bu sahədə görüşlərin davamlı olması və işçi qrupun formalaşdırılaraq gənclərin uğurlu təmsilçiliyi üçün müvafiq sənədin hazırlanması qeyd olunub.