Scroll Top

“BEYNƏLXALQ TƏMSİLÇİLİKDƏ QAYIDIŞIN TƏBLİĞİ: VƏZİFƏLƏR VƏ ADDIMLAR” MÖVZUSUNDA PANEL MÜZAKİRƏSİ

IMG_0231

“Beynəlxalq təmsilçilikdə Qayıdışın təbliği: vəzifələr və addımlar” mövzusunda panel müzakirəsi keçirilib.

“Qərbi Azərbaycanın Gənc Səfirləri” layihəsi çərçivəsində keçirilən müzakirənin panelistləri Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Nigar Məmmədova, Səbinə Xasayeva və Naqif Həmzəyev mövzu ətrafında dəyərli fikirlərini bölüşüb, gənc səfirlərin suallarını cavablandırıblar.

Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, “Dünya Azərbaycanlıları” Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.