“Ümumrespublika Təmizlik Marafonu” çərçivəsində Xəzər dənizinin Bilgəh sahilində “trashtag” aksiyası keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Gömrük Komitəsi əməkdaşlarının, “Təmiz Şəhər” ASC, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, Binəqədi rayon İcra Hakimiyyəti, Bələdiyyə nümayəndələri və ekokönüllülərinin iştirak etdiyi aksiyada 300 kiloqramdan artıq tullantı yığılaraq ərazidən daşınıb.