Scroll Top

BİLİK ARENASI – FİNAL

Bilik arenası II tur (5)

Region gəncləri üçün keçirilən intellektual turnir başa çatıb.

Lənkəran, Quba, Göyçay, Hacıqabul, İsmayıllı və Qazaxdan olan gənclərin iştirakı ilə baş tutan turnir iki mərhələdən ibarət olub.

Gənclərin İnkişaf və Karyera Mərkəzi və “3sual.az” intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə “Bilik arenası” çərçivəsində təşkil edilən turnir “Konstitusiya və Suverenlik İli”nə həsr olunaraq gənclərin hüquqi biliklərinin və analitik düşüncə bacarıqlarının inkişafına töhfə verməyi hədəfləyib.

Qeyd edək ki, ilk 3 yerin sahibi olan komandalar yaxın zamanda kubok, medal və diplomlarla təltif ediləcək.