“Diaspor Gəncləri 1+1” proqramı çərçivəsində Böyük Britaniya, Özbəkistan və Kanadadan olan gənclərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Orduxan Qəhrəmanzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev və aparıcı gənclər təşkilatlarının rəhbərləri iştirak edib.
Görüşdə diaspor və yerli gənclər arasında mümkün əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin qonaqlara GİKM-in fəaliyyəti və gənclərlə iş sahəsi barədə məlumat verilib.

