Məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək olan layihə ilk olaraq Bakı Dövlət Universitetində “Maliyyə və iqtisadiyyat” sahəsi üzrə baş tutub.
Ümumilikdə 200-ə yaxın gəncin iştirak etdiyi tədbirin açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Bakı Dövlət Universitetinin Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli və BDU-nun TGT sədri Ələkbər Həsənov çıxış edərək, iştirakçı gənclərə tədbir haqqında ümumi məlumat verib, layihənin gedişatına uğurlar arzulayıblar.
Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.