Scroll Top

”CareerLAB” şəbəkəsİ Gəncədə

career gəncə
Turizm sahəsi üzrə təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “Regionlarda ekoturizmin inkişafı və turizm sahəsində karyera perspektivləri” mövzusu üzrə panel müzakirəsi təşkil olunub.

Spiker qismində Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının dosenti İrşad Abbasov və “Leon” hotelin Əməliyyatlar üzrə meneceri Emin Məmmədov çıxış edib. Maraqlı keçən müzakirədə gənclərin sualları cavablandırılıb.