Scroll Top

“CAREERLAB” ŞƏBƏKƏSİ SUMQAYITDA

DSC_5149
Sumqayıtda gənclər üçün “CareerLAB” şəbəkəsi həyata keçirilib.

Sumqayıt Dövlət Universitetində “İdarəetmənin əsasları” mövzusunda baş tutan panel müzakirələrin moderatorluğunu edən GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin koordinatoru Sevinc Qasımova tədbiri açıq elan edib.

Panelistlər – Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru Zeynəb Məmmədyarova, Bakı Mühəndislik Universitetinin Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova, “Humel” Psixologiya Mərkəzinin rəhbəri Taryel Faziloğlu və “Brain Design” şirkətinin qurucusu, karyera koçu və sahibkar Orxan Mahmudov mövzu ətrafında bir sıra önəmli fikirlər səsləndiriblər. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.