Scroll Top

“CAREERLAB” ŞƏBƏKƏSİ UNEC-DƏ

IMG_1161-2
“CareerLAB” şəbəkəsi çərçivəsində gənclər üçün idarəetmə sahəsində karyera planlaması üzrə panel müzakirə təşkil olunub.

22 may tarixində Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən panel müzakirələrdə moderator qismində GİKM-in nümayəndəsi Jalə Həsənova, panelistlər qismində isə “Kapital Bank” ASC-nin Partnyor şəbəkəsinin idarə edilməsi departamentinin direktoru Mahmud Mahmudov, “Panda school” şirkətinin təsisçisi, sahibkar Elvin Dadaşsoy, “SAT Group” şirkətinin direktoru və həmtəsisçisi Azad Qəhrəmanov, “Səba ASC”nin İdarə Heyətinin sədri Faiq Hüseynov və İSO idarəetmə sistemləri üzrə ekspert Vüsal Mahmudov iştirak edib.

100-dən çox gənci əhatə edən panel müzakirələrdə “Düzgün və faydalı tərəfdaşlıqları qurmaq üçün diqqət edilməli məqamlar”, “Öz biznesini qurmaq istəyən gənclərin tələbəlik illərində fəaliyyəti”, “Müasir dünyada idarəetmə – Bazardakı imkanlar və reallıqlar” və “İdarəetmə sistemlərindən istifadənin əhəmiyyəti” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.