Scroll Top

“CAREERLAB” ŞƏBƏKƏSİ ÇƏRÇİVƏSİNDƏ AĞDAM VƏ QƏBƏLƏ GƏNCLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

612168253_1191809713133862_4725116300077997209_n

“CareerLAB” şəbəkəsi çərçivəsində Ağdam və Qəbələ rayonlarından olan gənclərlə maarifləndirici görüşlər təşkil olunub. Görüşlər #gənclərüçün formatında keçirilən panel müzakirəsi formatında keçirilib.

Panel müzakirələrində məşğulluq imkanları, bank sektoru üzrə karyera perspektivləri, əmək bazarının mövcud tələbləri, gənclərin karyera planlaması və peşə təhsilinin əhəmiyyəti mövzuları ətrafında geniş fikir mübadiləsi aparılıb. Tədbir zamanı gənclər mütəxəssislərə ünvanladıqları suallar vasitəsilə karyera inkişafı ilə bağlı praktiki və faydalı məlumatlar əldə ediblər.

Qeyd edək ki, “CareerLAB” şəbəkəsi gənclərin peşəkar inkişafına dəstək məqsədilə ölkənin müxtəlif bölgələrində həyata keçirilir.