Scroll Top

“CAREERLAB” ŞƏBƏKƏSİ GƏNCƏDƏ

edited
“CareerLAB” şəbəkəsi çərçivəsində Gəncədə ekologiya sahəsi üzrə təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “Ekologiyanın dayanıqlı inkişafında gənclərin rolu” mövzusunda panel müzakirə təşkil olunub.

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən panel müzakirədə ümumilikdə 100-dən çox gənc iştirak edib. Tədbirin açılış hissəsində Azərbaycan Dövlət Aqrar Universitetinin Tərbiyə işləri üzrə prorektoru Aida Qasımova iştirakçıları salamlayıb və gənclər üçün keçirilən layihənin vacibliyini vurğulayıb.

GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin layihələr üzrə mütəxəssisi Miraqil Cavadovun moderatorluğu ilə keçirilən panel müzakirələrin spikerləri Millət vəkili Müşfiq Cəfərov, Göygöl Milli Parkının direktoru Fuad Quliyev və Azərbaycan Dövlət Aqrar Universitetinin Ekologiya kafedrasının müdiri, dosent Musa Bayramov çıxış ediblər. Daha sonra gənclərin sualları cavablandırılıb.