Scroll Top

CV YAZILMASI ÜZRƏ VÖRKŞOPLAR KEÇİRİLİB

IMG_4257.jpg

“Gənclərin İnkişaf və Karyera Proqramı” çərçivəsində CV yazılması üzrə vörkşoplar keçirilib.

Bakı, Gəncə, Lənkəran, Sabirabad, Quba və Qəbələ şəhər və rayonlarında təşkil olunan, ümumilikdə 50-dən çox gəncin iştirak etdiyi vörkşopların əsas məqsədi gənclərə effektiv CV hazırlama qaydalarını öyrətmək, onların bilik və bacarıqlarını əmək bazarının tələblərinə uyğun şəkildə təqdim etmələrinə dəstək olmaqdır.

Vörkşoplar zamanı gənclərə CV-nin strukturunun formalaşdırılması, mövcud bacarıqların ön plana çıxarılması, təhsil və iş təcrübəsinin düzgün əks etdirilməsi və işəgötürənlərin diqqətini cəlb edən CV hazırlanması ilə bağlı praktiki tövsiyələr verilib.