“Gənclərin Karyera İnkişaf Platforması 2’’ artıq başladı!
Platformanın budəfəki təlimi “Emosional zəka və peşəkar inkişaf” mövzusu üzrə olub. Təlim Gənc İbtidai Sinif Müəllimləri Birliyinin sədri Ülviyyə Ələkbərova tərəfindən keçirilib.
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.

