Gənclər üçün “Formal, qeyri-formal və informal təhsil imkanları” mövzusunda təlim keçirilib.
“İnkişaf və Təcrübə Akademiyası 2” çərçivəsində keçirilən təlimdə GİKM-in İnsan Resursları üzrə baş mütəxəssisi Ləman Harunova tərəfindən iştirakçılara təhsilin hər 3 forması haqqında məlumat verilməklə, təhsil sahəsindəki müxtəlif imkanlar tanıdılıb. İnteraktiv formada keçirilən təlim zamanı qrup işi və praktiki tapşırıqlar icra edilib.