Scroll Top

Gəncə-Daşkəsən regİonal nümayəndəlİyİ tərəfİndən keçİrİlən fəalİyyətlər

Gəncə-Daşkəsən (5)
Gəncə-Daşkəsən regional nümayəndəliyi və ona daxil olan bölmələr tərəfindən gənclər üçün müxtəlif fəaliyyətlər keçirilib.

Gəncə gəncləri üçün “Kəpəz” Müstəqil Teleradio Şirkətinə infotur təşkil olunub. Göygöl bölməmizdə “Ətraf mühitin keşiyində” adlı ekokamp layihəsi həyata keçirilib. Samuxda “YouthStart” təlimlər silsiləsi çərçivəsində “Ünsiyyət bacarıqları”, Naftalanda isə “İşgüzar etiket” mövzusunda təlimlər baş tutub.