İlk təlim “Karyera planlaması” mövzusunda keçirilib. Təlimdə gənclərə karyera planlaması və ona təsir edən amillər haqqında məlumat verilib, həmçinin qrup işi edilib. Təlimçi Sura Əzizli tərəfindən keçirilən təlim hibrid formada təşkil olunduğundan həm paytaxt, həm də region gəncləri iştirak edib.
Qeyd edək ki, layihə Gənclərin İnkişaf və Karyera Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının birgə təşkilatçılığı ilə həyata keçirilir.