Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Quba şəhərində “Gənc Könüllülərin Şəbəkələşmə Görüşü” keçirilib. Quba – Xaçmaz Regional nümayəndəliyi üzrə fəaliyyət göstərən Gənc könüllülər və GİKM – in regional nümayəndəlikləri bir araya gəlib. Görüşdə könüllülərin ümumi fəaliyyətini əks etdirən təqdimatnümayiş olunub, “Konstitusiya və Suverenlik İli” ilə bağlı regionlarda gənclərin maarifləndirilməsi və Gənc Könüllülərin gördüyü işlər haqqında məlumat verilib.
Daha sonra könüllülərin və regional nümayəndələrin asudə vaxtının səmərəli təşkili və effektivliyi artırmaq məqsədilə birgə müxtəlif enercayzerlər, komanda işləri edilib.

